reklam
“Qarabağ”ın futbol akademiyasını inşa etdirəcəyik” -
Sportfm.az xəbər saytı

“Qarabağ”ın futbol akademiyasını inşa etdirəcəyik” -Tahir Gözəl


“Qarabağ” klubunun yeni futbol akademiyası inşa ediləcək.

Sportfm.az xəbər verir ki, bu barədə klubun prezidenti Tahir Gözəl jurnalistlərə açıqlamasında deyib. Klub rəhbəri inşa ediləcək akademiyanın yerinin müəyyənləşdirildiyini, amma ideal yer olmadığını bildirib:  

“Prezident olaraq “Qarabağ”ın gələcəyi məni maraqlandırır. Ən böyük hədiyyə akademiyanın qurulması ilə bağlı idi. İki il əvvəl demişdim ki, akademiya və gənclərə yatırım etmək zamanı gəlib. Şükür Allaha, bununla bağlı işlərimiz başlayıb, layihələrimiz var. Yavaş-yavaş “Qarabağ”ın futbol akademiyasını inşa etdirəcəyik. Bu, məni çox sevindirir. Yer də müəyyənləşib. Hazırkı stadionumuzun ətrafı olsaydı, bizim üçün daha qənaətbəxş idi. Çünki gedib-gəlmək, futbolçularımızda vahid “Qarabağ” ruhunun yaranması çox önəmlidir. Çalışacağıq ki, hazırkı stadionumuzun yanında olsun. Bunu cənab prezidentdən, nazirlərimizdən xahiş edəcəyik. Amma hələlik öz yerimiz var, Binə qəsəbəsinə yaxın yerdədir. Yeri bir az uzaqdır, deyə bilmərəm ki, idealdır. Ancaq mövcud duruma baxırıq. Ola bilsin ki, bu il inşaata başlayacağıq. Bu, klub prezidenti olaraq atdığım ən önəmli addımlardan biridir”.

Oxşar xəbərlər

"Avropa təcrübəmiz xeyli yaxşılaşıb" - Qurban Qurbanov
“Qarabağ”la bağlı sənədli film hazırlanacaq
Gəncədə Futbol Akademiyası inşa ediləcək - Tender elan olundu
“Turan Tovuz” futbol akademiyası açıldı - FOTO
“Gəncədə futbol akademiyası açılacaq” - Elxan Məmmədov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər