Günay Məmmədzadə qələbə ilə başladı -FIDE Qran-Prisi
Kiprin Nikosiya şəhərində Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də iştirakı ilə qadınlar arasında FIDE Qran-Prisinin dördüncü mərhələsi start götürüb.
Sportfm.az xəbər verir ki, turnirdə millimizin lideri ilə yanaşı, Nana Dzaqnidze, Bella Xotenaşvili (hər ikisi Gürcüstan), Aleksandra Kostenyuk (İsveçrə), Tan Çonqyi (Çin), Bibisara Assaubayeva (Qazaxıstan), Harika Dronovalli (Hindistan), Aleksandra Qoryaçkina, Yekaterina Laqno, Polina Şuvalova (hamısı FIDE), Dinara Vaqner (Almaniya) və Oliviya Kiolbasa (Polşa) mübarizə aparır.
Məmmədzadə ilk turda qara fiqurlarla Kiolbasa ilə qarşılaşıb və rəqibinə qalib gəlib.
Qran-Prinin dörd mərhələsi ərzində iştirakçılar reytinq xalları qazanır və seriyanın sonunda ən yaxşı iki şahmatçı Namizədlər Turnirinə vəsiqə qazanacaq. Məmmədzadə üçün bu, cari ildə ilk Qran-Pri turniridir.
1-ci tur
Oliviya Kiolbasa (Polşa) - Günay Məmmədzadə 0:1
Harika Dronovali (Hindistan) - Bibisara Assaubayeva (Qazaxıstan) 1:0
Dinara Vaqner (Almaniya) - Aleksandra Qoryaçkina (FIDE) 1:0
Nana Dzaqnidze (Gürcüstan) - Bella Xotenaşvili (Gürcüstan) 1:0
Aleksandra Kostenyuk (İsveçrə) – Tan Çonqyi (Çin) 0:1
Katerina Laqno (FIDE) – Polina Şuvalova (FIDE) 1:0
Oxşar xəbərlər
Beydullayeva zəkasını işlətdi - Avropa çempionatı
Rusiya və Fransa bizdən üstün oldu - Dünya çempionatı
Günay Məmmədzadə çinli ilə mübarizə aparacaq
Şahmatçımız doqquzuncudur - FIDE reytinqində
FIDE yeni Qran-pri təsis etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası