Rusiya və Fransa bizdən üstün oldu -Dünya çempionatı
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi İspaniyada keçirilən dünya çempionatında mübarizəsini davam etdirir.
Sportfm.az xəbər verir ki, tərkibi Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovadan ibarət olan komandamız bu gün daha iki görüş keçirib.
A qrupunda yer alan komandamız 3-cü tur çərçivəsində Rusiya ilə qarşılaşıb. Oyun rəqibin qələbəsi ilə başa çatıb. Ülviyyə rəqibi ilə heç-heçəyə razılaşsa da, Günay, Gülnar Məmmədova və Türkan məğlubiyyətə üzülüb.
Günün ikinci qarşılaşmasında isə komandamız Fransanı sınağa çəkib. Şahmatçılarımız bu görüşdə də uğursuz olublar. Bu dəfə yalnız Gülnar xal qazandığı halda, Günay, Ülviyyə və Zeynəb məğlub olub.
Azərbaycan millisi ilk oyun günündə Hindistan və Ermənistanla heç-heçə etmişdi. Dörd turdan sonra komandamız A qrupunda 2 xalla beşinci pillədə qərarlaşıb.
Dünya çempionatı oktyabrın 3-dək davam edəcək.
Dünya çempionatı
A qrupu
28 sentyabr
3-cü tur
Azərbaycan – Rusiya – 0,5:3,5
Günay Məmmədzadə – Aleksandra Qoryaçkina – 0:1
Gülnar Məmmədova – Aleksandra Kostenyuk – 0:1
Ülviyyə Fətəliyeva – Polina Şuvalova – 0,5:0,5
Türkan Məmmədyarova – Alina Kaşlinskaya – 0:1
4-cü tur
Fransa – Azərbaycan – 3,5:0,5
Mari Sebaq – Günay Məmmədzadə – 1:0
Nataşa Benmesbax – Ülviyyə Fətəliyeva – 1:0
Andrea Navrotesku – Gülnar Məmmədova – 0,5:0,5
Silviya Alekseyeva – Zeynəb Məmmədyarova – 1:0
Oxşar xəbərlər
Qalib bu gün müəyyənləşəcək - Azərbaycan çempionatı
Finlandiya önümüzdə aciz qaldı
Millimiz ispanları devirdi, 1/4 final mərhələsinə vəsiqə qazandı - Dünya çempionatı
Azərbaycan yığması heç-heçə ilə başladı - Dünya çempionatı
Qadınlar arasında şahmat üzrə Avropa çempionatı başa çatdı - Fətəliyeva yeddincidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası