reklam
Boksçularımız Ukraynadan 3 medalla qayıdırlar
Sportfm.az xəbər saytı

Boksçularımız Ukraynadan 3 medalla qayıdırlar


Ukraynanın Herson şəhərində kişi boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb.
Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, Nikolay Manqerin xatirəsinə həsr olunan yarışda Azərbaycanı təmsil edən "Gilan" klubunun idmançıları 3 medal qazanıblar.
Belə ki, Hersona yollanan 9 həmyerlimizdən Tural Əhmədov, Seymur İsayev (hər ikisi 60 kq) və Sadiq Səmədov (+91) yarımfinalda uduzduqlarından bürünc medalla kifayətləniblər. Cavad Quliyev (64 kq), Pərviz Hüseynov (69 kq), Elvin Məmmədov (75 kq), Elxan Əliyev (81 kq), Heydər Heydərov (91 kq) və Asəf Aslanlı (+91 kq) isə turnirdə ilk döyüşdə məğlub olublar.
Yarışa ölkəmizlə yanaşı, ev sahibləri, Moldova və Türkiyə boksçuları da qatılıblar. "Gilan" komanda hesabında 3-cü olub.


Oxşar xəbərlər

Boksçularımız Rusiyaya yollandı
Azərbaycanın ən güclü boksçuları məlum oldu - Nəticələr
Boksçularımızdan 5 medal
Boksçularımız Dağıstanda 3 medal qazandı
Hərçəqani və Abakarova qalib oldular

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər