Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Hərçəqani və Abakarova qalib oldular
Türkiyənin Antalya şəhərində Klublararası Avropa Çempionatına yekun vuruldu.
Sportfm.az xəbər verir ki, Türkiyə Taekvondo Federasiyası (TTF) və Avropa Taekvondo Birliyi (ATB) tərəfindən təşkil edilən və sayca 5-ci olan G1 kateqoriyalı yarışın son günündə, klublarımızın taekvondoçuları daha 6 medal qazanıb.
40 ölkədən 900-dən çox idmançının qatıldığı çempionatda, son Yay Olimpiya Oyunlarının bürünc mükafatçıları Milad Beigi Hərçəqani (-80 kq, Gilan İ.K.) və Patimat Abakarova (-53 kq, Gilan İ.K.) yarışın qalibi olub.
Radik İsaev (+87 kq, Gilan İ.K.) və Ramin Əzizov (-87 kq, Gilan İ.K.) isə həlledici döyüşdə məğlub olub. Daha üç idmançımız, Yaprak Eriş (-57 kq, Gilan İ.K.), Fəridə Əzizova (-67 kq, Gilan İ.K.) və Ceyhun Həsənli (+87 kq, Savalan T.K.) isə yarışı yarımfinal mərhələsində başa vurub.
Beləliklə, 4 gün davam edən Klublararası Avropa Çempionatında, Respublikamızda fəaliyyət göstərən taekvondo klublarının yetirmələri ümumulikdə 31 medalla uğurlu nəticəyə imza atıblar. Gilan İ.K. kişilər arasında ilk pilləyə, qadınlar arasında ikinci pilləyə, ümumi komanda hesabında da ilk pilləyə sahib olub.
11-fevral tarixində G2 kateqoriyalı "Turkish Open” beynəlxalq turnirinin startı veriləcək. Milli komandalarımızın üzvləri bu yarışda da qüvvələrini sınayacaq.
Oxşar xəbərlər
Yığmamız "Turkish Open"də 6 medal qazandı
İdmançılarımız Türkiyədə 4 medal qazandı
Klublararası Avropa Çempionatında daha 13 medal
Taekvondoçularımız Xorvatiyada birinci oldular
Azərbaycan taekvondoçuları Braziliyaya yola düşdülər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası