“Anası səs-küy eşidib zala girmək istəyəndə az qalıb, onu da vursun" -7 yaşlı Fəridin atası
"Fəridin döyülməsiylə bağlı videonu dünən gördüm. Həqiqətən də, dəhşətə gəldim və görüntülər mənə çox təsir etdi. Müəllim kimdir axı, uşağıma əl qaldırısın..".
Bu fikirləri yerli mətbuata açıqlamasında 7 yaşlı Fərid Bakarovun atası Eyvaz Bakarov deyib. O, açıqlamasında bəzi detalları qeyd edib: "Mehman istəyirdi ki, Fərid tələbəsi kimi yarışlarda yüksək yer tutsun və onun adını qaldırsın. 3-4 ay olardı ki, onunla məşğul olurdu. Əvvəllər onların videolarını görmüşdüm və hər şey normal idi. Bu videonu gördükdə dəhşətə gəldim. 7 yaşlı uşağın nə canı var?! Əgər narazıydısa, deyərdi ki, gətirməyin. Uşağım bir gün sonra yarışa çıxmalı idi. Hadisə baş verən gün anası da orada olub, mən işdə olmuşam. Məşq zalında səs-küy olub, anası səs-küyü eşidib iki dəfə içəri keçib. Amma məşqçi az qalıb ki, anasına da əl qaldırsın. Deyib ki, "qız kimi böyütmə". Məşqdən sonra Fərid çox halsız olub. Hətta uşaq altını isladıb".
Oxşar xəbərlər
7 yaşlı uşağı öldürən məşqçiyə bu qədər cəza istənildi
Təhsil Nazirliyinin balansında olan idman zalları bağlandı – EKSKLÜZİV
Həbs edilən dünya çempionunun anası: “Elə toy gününün birinci axşamı…”
Ronaldoya ağır zərbə - anasına dəhşətli diaqnoz
"Ata-anası görmür qızı necə geyinir?” - Ağacan Abıyev
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













.png)
Misli Premyer Liqası