Təhsil Nazirliyinin balansında olan idman zalları bağlandı –EKSKLÜZİV
Ötən ayın sonlarında Sumqayıt şəhəri 1№-li İdman Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinə (UGİM) məxsus idman zalında baş verən hadisələrdən sonra 7 yaşlı Fərid Bakarovun dünyasını dəyişməsi Təhsil Nazirliyini fəal addımlar atmağa məcbur edib.
Sportfm.az Prosport.Az-a istinadən xəbər verir ki, 2 gün əvvəl iclas keçirən Təhsil Nazirliyi artıq UGİM-lərə məxsus idman zallarını müvəqqəti bağlayıb. Zal ancaq həmin məktəbin şagirdlərinin və bədən tərbiyəsi müəllimlərinin üzünə açıq olacaq.
Hazırda həmin idman zallarında dərslərdən sonra fəaliyyət göstərən məşqçi-müəllimlərin təftişi gedir. Artıq onların Bədən Tərbiyəsi və İdman Akademiyasının diplomu və ya əvvəlki idman nəticələri qəbul edilmir.
Onlardan keçdikləri idman növünə uyğun olaraq federasiyalardan arayış gətirilməsi tələb olunub. Məsələn, cüdo ilə məşğul olan məşqçi Cüdo Federasiyası, sambo ilə məşğul olan Sambo Federasiyasından onun məşqçiliyini təsdiqləyən arayış təqdim etməlidir. Həmçinin, bu şəxslər Narkoloji Dispanserdə sidikdən test verməli, onların narkotik aludəçisi olub-olmadığı müəyyənləşdirilir.
Qeyd edək ki, son ölüm hadisəsindən sonra Fərid Bakarovun anası məşqçi-müəllim Mehman Xəlilovun narkotik istifadəçisi olduğunu bildirib.
Oxşar xəbərlər
"O, məşqçi deyil, vəhşidir..." - VİDEO
39 nəfərə fəxri ad verildi - “5 mart - Bədən tərbiyəsi və idman günü”
2019-cu ildə yüksək nəticə qazanan idmançı və məşqçilər təltif edildi - FOTOLAR
Təhsil Nazirliyi yüksək nəticə göstərən məşqçiləri və idmançıları mükafatlandırdı - FOTOLAR
Tələbələr arasında Azərbaycan çempionatı keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
“Bahar Kuboku”nun konkur yarışı başa çatdı
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı















Misli Premyer Liqası