reklam
Sportfm.az xəbər saytı

"Ata-anası görmür qızı necə geyinir?” - Ağacan Abıyev


“Atası-anası onu hər gün evdə görmür? Görmürlər, o uşaq necə geyinir?” 

Sportfm.az xəbər verir ki, bu fikirləri yenicag.az-a açıqlamasında Bakı metrosunda gənc qızın şortik geyinməsi ilə bağlı yaranan qalmaqala münasibət bildirən Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyev deyib. 

Ağacan Abıyevin fikrincə, valideynlər uşaqlarının geyim məsələsinə diqqətlə yanaşmalıdırlar: "Vallah, bu məsələdə siz necə düşünürsüzsə, mən də elə düşünürəm. Sizə bir şey deyim, bizdə geyimə görə qadağa yoxdu, kim necə istəyir, elə də geyinir. 

O qız azərbaycanlıdı, hə? Onda ata-anası baxmalıdı ki, o uşaq necə geyinir. Yəni camaat ona bir söz deyənə qədər, valideynləri həmin uşağa deməlidilər ki, Bakıda belə geyinmək olmaz! 

Sən azərbaycanlısan, qayda-qanun var... Bu, o ailənin məsələsidi, ata-ananın işidi. Atası-anası onu hər gün evdə görmür? Görmürlər, o uşaq necə geyinir? Birinci növbədə ailədə o məsələlərə fikir vermək lazımdı".

Oxşar xəbərlər

“Anası səs-küy eşidib zala girmək istəyəndə az qalıb, onu da vursun" - 7 yaşlı Fəridin atası
Prezident Ağacan Abiyevi təltif etdi
Ağacan Abıyev virusa yoluxdu - Testi pozitiv çıxdı
Həbs edilən dünya çempionunun anası: “Elə toy gününün birinci axşamı…”
Ağacan Abıyevin 80 illik yubileyi qeyd edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər