reklam
Mahir gedib dolanıb qayıdır...
Sportfm.az xəbər saytı

Mahir gedib dolanıb qayıdır...


İbrahima Vaci və Kvabena Ovusunun gedişindən sonra hücum xəttində ciddi problemlər yaşayan “Qarabağ” bu mövqe üçün oyunçu axtarışına davam edir.

Sportfm.az xəbər verir ki, Ağdam təmsilçisi müqavilə ilə Zaqreb “Dinamo”suna məxsus olan və hazırda “Konyaspor”da çıxış edən Mahir Emrelinin transferində maraqlıdır.

"Köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov potensialına yaxşı bələd olduğu oyunçunu yenidən sərəncamında görmək istəyir.

Lakin 25 yaşlı hücumçunu “Konyaspor” da saxlamaq istəyir və Mahirin yeni mövsümə hansı komandada başlayacağı hələ ki məlum deyil.

Oxşar xəbərlər

Mahir Emreli ən zəif oyunçu seçildi
Mahir "Konyaspor"da ilk məşqinə çıxdı
Emreli Türkiyə klubuna niyə keçdi? - Məlum oldu
Emreli Türkiyə klubuna keçəcəkmi?
Mahir sabiq klubunu unutmadı - Paylaşım etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər