Emreli Türkiyə klubuna keçəcəkmi?
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin “Konyaspor”a transferinin detalları məlum olub.
Sportfm.az xəbər verir ki, Super Liqa təmsilçisi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasından icarəyə götürdüyü 26 yaşlı futbolçu ilə münasibətlərini rəsmiləşdirib.
İddiaya görə, onunla cari mövsümün sonuna qədər sözləşmə imzalayan Konya klubu ölkədəki zəlzələ ilə əlaqədar keçidi sosial şəbəkə hesablarından elan etməyəcək.
Eyni zamanda, bildirilib ki, “Konyaspor” futbolçunu Türkiyədəki çıxışı uğurlu olacağı halda, yayda birdəfəlik transfer edə bilər.
Emrelinin “Dinamo” ilə 2026-cı ilin iyununa qədər müqaviləsi var.
“Konyaspor” Türkiyə Super Liqasında 21 turdan sonra 28 xalla 8-ci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Mahir Emreli ən zəif oyunçu seçildi
Emreli “Konyaspor”da debüt etdi
Emreli "Fənərbaxça" ilə oyunda iştirak etməyəcək - Türkiyə Super liqası
Emreli Türkiyə klubuna niyə keçdi? - Məlum oldu
Mahir Emreli "Konyaspor"da - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası