"Azərbaycan Qran Prisi dünyanın diqqət mərkəzindədir"
“Formula 1” üzrə Azərbaycan Qran Prisi önəmli beynəlxalq yarış kimi dünyanın diqqət mərkəzindədir”.
Sportfm.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, bu, hərtərəfli inkişafa nail olan Azərbaycanın, həmçinin, bir idman ölkəsi kimi də uğurlarından xəbər verir: “Heç şübhəsiz, bundan öncəkilər kimi, bu yarış da maraqla izləniləcək. Onu da qeyd edim ki, heç də bütün ölkələrə bu turnirlərin təşkilinə icazə verilmir”.
Deputat bildirib ki, müstəqil Azərbaycanın əldə etdiyi uğurların, o cümlədən, Vətən müharibəsindəki tarixi zəfərin arxasında məhz əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət dayanır: “Bildirmək yerinə düşər ki, Azərbaycanı hər keçən gün yeni-yeni uğurlara aparan bu siyasət özünü idman sahəsində də göstərir. Məhz bunun nəticəsidir ki, dünyanın nüfuzlu idman təşkilatları, həmçinin, federasiyalar beynəlxalq yarışların keçirilməsi üçün ev sahibliyi məsələsində Azərbaycana üstünlük verirlər”.
Oxşar xəbərlər
Azərbaycan qran-prisi canlı yayımlanacaq! - Formula 1
Qran-pri yarışları təxirə salındı - Formula 1
"Bu festivalın Azərbaycanda keçirilməsi ölkəmizə olan böyük etimadın göstəricisidir"
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin yeni tarixi məlum oldu
Azərbaycan Qran-prisi nə vaxt start götürəcək? - Təqvim təsdiq olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası