reklam
AFFA və “Səbail” rəsmiləri Xaçmazda səfərdə -
Sportfm.az xəbər saytı

AFFA və “Səbail” rəsmiləri Xaçmazda səfərdə -FOTO


AFFA-nın və Futbolun İnkişafı Fondunun (FİF) nümayəndələri Xaçmazda səfərdə olub.

Sportfm.az xəbər verir ki, səfər zamanı rəsmi şəxslər arasında görüş baş tutub.

Görüşdə Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, AFFA-nın İnfrastruktur üzrə direktoru Fuad Cəfərov, FİF-in icraçı direktoru Tural Piriyev, “Səbail” klubunun Müşahidə Şurasının sədri Əbdülqəni Nurməmmədov və üzvü İxtiyar Asyabi iştirak edib.

Söhbət zamanı icra başçısına klub və FİF-in fəaliyyəti barədə məlumat verilib. Eyni zamanda, ASCO-nun dəstəyi ilə Xaçmazda görülən işlər haqda fikir mübadiləsi aparılıb.

Ardından görüş iştirakçıları Xaçmazda inşasına başlanılan stadionlara baş çəkiblər. Maraqlıdı ki, həmin arenalar ASCO-nun dəstəyi ilə inşa edilir. Stadionların tikilməsində məqsəd orada “Səbail” akademiyasının təlim-məşq bazasının yaradılması, uşaq futbolunun inkişaf etdirilməsi üçün müasir tələblərə cavab verən infrastrukturun müvafiq yaş qruplarına aid komandaların istifadəsinə verilməsidir.

Bundan əlavə, bildirilib ki, müxtəlif yaş qruplarından ibarət Azərbaycan yığmaları da bazadan təmənnasız istifadə edə bilələr.

Oxşar xəbərlər

PFL rəhbərliyi bölgələrdə - Liqa klubları ilə görüşdü
"Kəpəz"ə dəstək üçün bir araya gəldilər - AKSİYA
"Səbail" Xaçmazda baza açdı - FOTO
İcraiyyə Komitəsinin qərarları açıqlandı - AFFA
AFFA federasiyanı topla təmin etdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər