"Səbail" Xaçmazda baza açdı -FOTO
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dəstəyi ilə “Səbail” klubunun Xaçmaz rayonunda yaradılan təlim-məşq bazasının açılışı olub.
Sportfm.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, baza oyunçuların ustalıq səviyyəsinin artırılması məqsədi ilə istifadəyə verilib.
ASCO və “Səbail” rəhbərliyi yeni təlim-məşq bazası və burada yaradılan şəraitlə tanış olub, tapşırıq və tövsiyələrini verib, bütün komanda üzvlərinə uğurlar arzulayıblar. Burada ilk olaraq uşaqların hazırlıq prosesinə start verilib.
Müasir standartlara cavab verən təlim-məşq bazasında müxtəlif idman oyunların keçirilməsi üçün qum üzərində meydança ilə yanaşı, yeməkxana, oyunçuların gecələməsi üçün yenilənmiş koteclər də fəaliyyət göstərir.
Oxşar xəbərlər
Santuş idman obyektləri ilə tanış oldu - FOTO
AFFA və “Səbail” rəsmiləri Xaçmazda səfərdə - FOTO
Diniyev köməkçiləri açıqlandı - FOTO
"Bayıl Arena"nın adı dəyişdirildi
“Baku Sailing Regatta-2018”in qalibləri müəyyənləşdi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Sabah” “Trabzonspor”u uddu - Çempionlar Liqası
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
XI turun oyun cədvəli - II Liqa
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazandı














Misli Premyer Liqası