İtaliya yığmasının Bakıda keçiriləcək Minifutbol turniri üçün heyəti -SİYAHI
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol turnirində iştirak edəcək İtaliya yığmasının heyəti müəyyənləşib.
Sportfm.az xəbər verir ki, “Skuadra Adzurra” Azərbaycandakı yarışa 13 oyunçu gətirəcək.
İtaliya millisinin heyəti: Marko Vaskello, Matteo Bortolin (hər ikisi “Pordenone”), Donato Massafra (“AltoVisentino”), İzak Lukas Riberio, Luici Martino (hər ikisi “Blinqink Soverato”), Leonardo Di Primio (“Manoppelyo Arabona”), Sabino Sole (“Avelyino”), Andrea Stokko, Jiulio Bizzotto (hər ikisi “Marostisense”), Marsiano Piovesan (“Dozzese”), Lorentso Kanale (“Sant’Aqata”), Bruno Pio Skordino (“Elledi”), Marko Pavanetto (“Gifema Luparense”).
Qeyd edək ki, 1-6 may tarixlərində Bakı Tennis Akademiyasında keçiriləcək xatirə turnirində iştirakçılar mübarizəyə iki qrupda başlayacaqlar. İtaliya yığması A qrupunda Azərbaycan, Çexiya, Serbiya və Gürcüstanla mübarizə aparacaq. B qrupunda isə Ukrayna, Qazaxıstan, Fransa, Türkiyə və Cənubi Afrika seçmələri yer alacaqlar.
Oxşar xəbərlər
Millimiz Gürcüstana qarşı - “Heydər Əliyev-100”
Serbiya və Çexiya millilərindən Bakıda bərabərlik - Beynəlxalq Minifutbol Turniri
Mini-futbolçularımız bərabərliklə başladı
İtaliya yığmasının yekun heyəti - AVRO-2020
İtaliya millisinin heyəti - AVRO-2020
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası