reklam
Serbiya və Çexiya millilərindən Bakıda bərabərlik -
Sportfm.az xəbər saytı

Serbiya və Çexiya millilərindən Bakıda bərabərlik -Beynəlxalq Minifutbol Turniri


Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bu gün daha bir oyun keçirilib.

Sportfm.az xəbər verir ki, A qrupunda yer alan Serbiya və Çexiya yığmaları Bakı Tennis Akademiyasında üz-üzə gəliblər.

Dörd qolun qeydə alındığı bu qarşılaşma qalib müəyyənləşməyib – 2:2.

Bu gün A qrupu çərçivəsində Azərbaycan – İtaliya matçı da keçiriləcək. B qrupunda isə Türkiyə və Fransa yığmaları üz-üzə gələcəklər.

Günün əvvəlki oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

Türkiyə - Ukrayna 2:3
İtaliya – Gürcüstan – 2:4
Qazaxıstan – Cənubi Afrika 5:1

Oxşar xəbərlər

Azərbaycan millisi qrup üçüncüsü oldu - “Heydər Əliyev-100”
Millimiz Gürcüstana qalib gəldi - “Heydər Əliyev-100”
Çexiya millisi ilk qələbəsini qazandı - “Heydər Əliyev-100”
Millimiz Gürcüstana qarşı - “Heydər Əliyev-100”
Mini-futbolçularımız bərabərliklə başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər