Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ortalıq qarışır -UEFA prezidenti ittiham edir
UEFA prezidenti Aleksander Çeferin İspaniyanın "Barselona" klubunun hakimlərə rüşvət verməkdə və oyunların nəticəsinə təsir etməkdə ittiham olunması barədə danışıb.
Sportfm.az xəbər verir ki, 56 yaşlı sloveniyalı funksioner iki səbəbdən bu məsələyə birbaşa sərh verə bilməyəcəyini söyləyib.
"Əvvəla, bununla bizim müstəqil İntizam Komitəmiz məşğul olur. Həm də bu işin tədqiqinə dərindən getməmişəm", - deyə Çeferin bildirib.
Avropa futbol qurumunun rəhbəri vəziyyətin çox ciddi olduğunu vurğulayıb: "Mən bunu başa düşdüm. Bu, futbolda indiyədək gördüyüm ən ciddi məsələlərdən biridir. "Barselona" cəzalandırılacaqmı və bu işin klub üçün hər hansı bir nəticəsi olacaqmı? Buna cavab verə bilmərəm və vermək də istəmirəm".
Qeyd edək ki, "Barselona" 2011 - 2018-ci illərdə hakimlərə rüşfət verməkdə ittiham edilir.
Oxşar xəbərlər
Çeferin yenidən UEFA prezidenti oldu
Çeferin yenidən UEFA prezidenti olacaq
Çeferin 3 nəhəngi tənqid etdi - Problem
UEFA prezidenti FIFA qınadı
"VAR məni qane etmir, amma geriyə yol yoxdur" - Aleksander Çeferin
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası