Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Cüdoçularımızdan böyük uğur -Almaniyada 1-ci oldular
Azərbaycanın gənc cüdoçuları Almaniyanın Bremen şəhərində keçirilmiş Beynəlxalq masters turnirində 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər.
Sportfm.az xəbər verir ki, yığma yarışda medal əyarına əsasən, ümumi hesabda birinci yeri tutub.
Nicat Şirinov (60 kq) və Qadir Hüseynov (73 kq) qızıl, Aydın Rzayev (66 kq) gümüş, Əli Hacıyev isə (60 kq) bürünc medal qazanıb.
Məmmədrza Hacızadə (81 kq) 5-ci yerdə, Əjdər Bağırov, Nicat Şıxəlizadə (90 kq), Atabala Niftəliyev, Tamerlan Cabbarov (100 kq) və Məhəmməd Məhəmmədzadə (+100 kq) 7-ci yerdə qərarlaşıblar.
İdmançılar 27-29 martda Bremendə təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar.
Oxşar xəbərlər
Qızlarımızdan böyük uğur - 2 qızıl və 1 gümüş
Belçikadan 4 medalla - Açıq cüdo turniri
Avropa Kuboku üçün heyət məlum oldu
Millimizin heyəti açıqlandı - Avropa Kuboku
Avropa kubokunda birinci yer - cüdoçularımızdan böyük uğur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası