Xeyriyyə matçından 1 milyon manatdan çox vəsait toplanıb
“Qarabağ”la “Qalatasaray” arasında keçirilən xeyriyyə matçından əldə olunan gəlirlə bağlı tezliklə rəsmi açıqlama veriləcək. İlkin məlumata görə, ümumi məbləğ 1 milyon manatdan çoxdur.
Sportfm.az əbər verir ki, satışa çıxarılan 62 min biletin demək olar, hamısının satılması görüşün keçirilmə məqsədinə görə özünü doğrultduğunu deməyə əsas verir. Əlavə olaraq, stadionda yerləşdirilən reklam lövhələrindən də xeyli qazanc əldə olunub.
Klublar məhz 1 milyon manatın toplanacağına ümid edirdilər, lakin reallıq gözləntiləri üstələdi ki, bu da yaxşı göstəricidir. Çünki əldə olunan bütün vəsait Türkiyədəki zəlzələdən əziyyət çəkənlərə bağışlanacaq. Yardım nə qədər çox olarsa, bir o qədər yaxşıdır.
Oxşar xəbərlər
Xeyriyyə matçından əldə olunan gəlir açıqlandı
Bütün gəlir Türkiyəyə göndərilir – yalnız bilet satışı deyilmiş
Bilet satışında rekord - ilk gündə 42500
3 formadan 1 milyon TL - YARDIM
Ukrayna klubunun xeyriyyə oyunlarından əldə etdiyi gəlir - 281 168 manat
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu















Misli Premyer Liqası