Bütün gəlir Türkiyəyə göndərilir –yalnız bilet satışı deyilmiş
“Qarabağ”la “Qalatasaray” arasında keçirilən xeyriyyə matçının bilet satışından əldə olunacaq vəsait Türkiyəyə - zəlzələdən əziyyət çəkənlərə göndəriləcək.
Martın 26-dakı oyun üçün 60 mindən artıq bilet satılmışdı ki, qeyri-rəsmi mənbələrin məlumatına görə, 1 milyon manatdan çox pul yığılıb.
Lakin klub hələ də rəsmi rəqəmi açıqlamayıb. Klubun mətbuat katibi Gündüz Abbaszadədən məsələ ilə bağlı məlumat aldıq. Məlum oldu ki, hazırda rəqəmlərin hesablanması ilə bağlı tamamlanma işləri gedir. Dəqiq bilgi olan kimi klub ictimaiyyətə bu haqda xəbər verəcək.
İşin maraqlı tərəfi odur ki, Türkiyəyə göndəriləcək vəsait təkcə bilet satışından əldə olunan gəlirdən ibarət olmayacaq. Oyun günü meydanın kənarındakı lövhələrdə yerləşdirilən reklamlar, matçın canlı yayımlanması üçün “CBC Sport”dan gələn pul, hətta birbaşa yayım vaxtı telekanalda göstərilən reklamlardan əldə olunan vəsait də son qəpiyinə kimi qardaş ölkədə zəlzələdən əziyyət çəkənlərə göndəriləcək.(sportinfo.az)
Oxşar xəbərlər
Xeyriyyə matçından əldə olunan gəlir açıqlandı
Xeyriyyə matçından 1 milyon manatdan çox vəsait toplanıb
“Qarabağ” – “Qalatasaray” matçı canlı yayımlanacaq
Bilet satışında rekord - ilk gündə 42500
"Turan Tovuz"un aksiyası Türkiyədə gündəm oldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası