reklam
Avropa Oyunlarında şahmat yarışları keçiriləcək
Sportfm.az xəbər saytı

Avropa Oyunlarında şahmat yarışları keçiriləcək


Polşanın ev sahibliyi edəcəyi 3-cü Avropa Oyunları çərçivəsində şahmat yarışları da keçiriləcək.

Sportfm.az xəbər verir ki, Avropa Şahmat İttifaqının məlumatına əsasən, şahmat turniri iyunun 19-da olacaq.

Qaydalara əsasən 2 nəfərdən ibarət (1 kişi və 1 qadın şahmatçı) iştirakçı komandalar blitsdə mübarizə aparacaq. İştirakçı ölkələr Beynəlxalq Şahmat Federasiyasının martın 1-də açıqlanan klassik şahmat üzrə reytinqə əsasən seçiləcək. Azərbaycanla yanaşı daha 7 ölkə yarışda iştirakçı olacaq.

Reqlamentə görə komandalar dairəvi sistemlə mübarizə aparacaq. İlk dörd yeri tutacaq ölkələr pley-off mərhələsinə vəsiqə qazanacaq.

Oxşar xəbərlər

Ölkəmizi Avropa Oyunlarında onlar təmsil edəcək
Günay Məmmədzadə çinli ilə mübarizə aparacaq
Qaxda Şahmat Olimpiadası keçiriləcək
“Gənclər kuboku” şahmat turniri keçiriləcək
Şahmatçılarımız Yunanıstanda yarışacaqlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər