reklam
Ölkəmizi Avropa Oyunlarında onlar təmsil edəcək
Sportfm.az xəbər saytı

Ölkəmizi Avropa Oyunlarında onlar təmsil edəcək


Azərbaycanı Polşanın ev sahibliyi edəcəyi 3-cü Avropa Oyunlarında təmsil edəcək şahmatçılar müəyyənləşib.

Sportfm.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası artıq komandanın heyəti ilə bağlı ərizəni təşkilatçılara göndərib. Yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə təmsil edəcəklər.

 

Qeyd edək ki, qaydalara əsasən 2 nəfərdən ibarət (1 kişi və 1 qadın şahmatçı) iştirakçı komandalar blitsdə mübarizə aparacaq. İştirakçı ölkələr Beynəlxalq Şahmat Federasiyasının martın 1-də açıqlanan klassik şahmat üzrə reytinqinə əsasən seçilib. 

Reqlamentə görə komandalar dairəvi sistemlə mübarizə aparacaq. İlk 4 yeri tutacaq ölkələr pley-off mərhələsinə vəsiqə qazanacaq. Avropa Şahmat İttifaqının məlumatına əsasən şahmat turniri iyunun 19-da olacaq.

Oxşar xəbərlər

Avropa Oyunlarında şahmat yarışları keçiriləcək
Günay Məmmədzadə çinli ilə mübarizə aparacaq
Şəhriyar Məmmədyarov dörddəbir finala yüksəldi
“Gənclər kuboku” şahmat turniri keçiriləcək
Şahmatçılarımız Yunanıstanda yarışacaqlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər