reklam
Patrik Vieyra istefaya göndərildi
Sportfm.az xəbər saytı

Patrik Vieyra istefaya göndərildi


"Kristal Pelas"ın baş məşqçisi Patrik Vieyra istefa verib. 

Sportfm.az xəbər verir ki, bu haqda klubun saytının yaydığı açıqlamada bildirilir. 

“Bu çətin qərarın qəbul edilməsindən çox təəssüflənirik. Son ayların nəticələri bizi çempionatda qeyri-müəyyən vəziyyətə saldı. Ona görə də hiss etdik ki, Premyer Liqada yerimizi saxlamaq üçün bizə dəyişiklik lazımdır" - - deyə klubun Direktorlar Şurasının sədri Stiv Periş bildirib. 

46 yaşlı fransız londonlulara 2021-ci ilin yayından başçılıq edirdi. Onun rəhbərliyi altında komanda 74 oyun keçirib, 22 qələbə qazanıb, 24 heç-heçə edib və 28 görüşdə məğlub olub.

Bu mövsüm "Kristal Pelas" Premyer Liqada 27 turdan sonra 27 xalla 12-ci pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Vieyra “Starsburq”dan getdi - Ayrılıq
Fransa klubu baş məşqçisini göndərdi - Liqa 1
"Liverpul" zəfər yürüşünü davam etdirir
Fransalı "Çelsi"yə qələbə qazandırdı - VİDEO
"Liverpul"dan ardıcıl ikinci qələbə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər