reklam
3-cü təsnifat mərhələsinin püşkü atılacaq -
Sportfm.az xəbər saytı

3-cü təsnifat mərhələsinin püşkü atılacaq -Çempionlar Liqası


Sabah UEFA-nın klub turnirlərində 3-cü təsnifat mərhələsinin püşkü keçiriləcək.

Sportfm.az xəbər verir ki, iyulun 20-də Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında növbəti mərhələnin cütləri müəyyənləşəcək.

Çempionlar Liqasında püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da, Avropa Liqasında saat 15:00-da, Konfrans Liqasında isə saat 16:00-da başlanacaq.

Xatırladaq ki, Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Sabah” Finlandiyanın KuPS klubu ilə 2-ci təsnifat mərhələsində qarşılaşacaq. Ağdamın “Qarabağ” komandası isə Avropa Liqasının eyni mərhələsində Bolqarıstan SSKA-sı ilə üz-üzə gələcək.

Konfrans Liqasında çıxış edən “Zirə” Estoniyanın “Payde”, “Neftçi” isə Belarusun “Dinamo” (Minsk) klubu ilə görüşəcək.

Oxşar xəbərlər

Azərbaycan komandalarının potensial rəqibləri bilinəcək - Konfrans Liqası
"Qarabağ"ın potensial rəqibi müəyyənləşir - Çempionlar Liqası
"Zirə"nin rəqibi müəyyənləşdi - Avropa Liqası
"Zirə" Avroliqadakı rəqibi hansı komanda olacaq? - Püşkatma
Avrokubokların təqvimi müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər