Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Neftçi”nin yeni mövsüm üçün “Bakı” forması -FOTO
“Neftçi” yeni mövsüm üçün üçüncü formasını təqdim edib.
Sportfm.az xəbər verir ki, “Kappa” tərəfindən “Neftçi” üçün eksklüziv olaraq hazırlanan, 2026/27 mövsümünün üçüncü oyun dəsti “Bakı” adlanır.
Bu forma klubun doğulduğu şəhərə ithaf olunub və Bakının memarlıq irsi ilə “Neftçi”nin zəngin tarixini özündə birləşdirən xüsusi dizaynı ilə seçilir. Bakı günəşi kimi sarı rəngli formanın ön tərəfində şəhərimizin ən tanınmış simvollarından olan Qız qalası ilə klubun tarixi və adının ayrılmaz hissəsinə çevrilmiş neft buruğunun təsvirləri əsasında xüsusi ornament hazırlanıb. Bu elementlər Bakının keçmişi ilə “Neftçi”nin irsini vahid dizaynda birləşdirərək formaya özünəməxsus tərz qazandırır.
Formanın boyun hissəsində yer alan “Bakı – Neftçidir” yazısı isə klubla şəhər arasında onilliklər ərzində formalaşmış ayrılmaz bağı simvolizə edir. Bu ifadə nəsillər boyu davam edən ənənəni, mənsubiyyəti və “Neftçi”nin Bakı futbolundakı yerini vurğulayır.
Müasir dizaynı, eksklüziv ornamenti və dərin simvolik məzmunu ilə “Bakı” forması “Neftçi”nin köklərinə ehtiramın, doğma şəhərə sevginin və bu şəhərlə bölüşdüyü ortaq tarixə sədaqətin təcəssümüdür.

Oxşar xəbərlər
“Neftçi”nin yeni mövsüm üçün “Qara qızıl”ı – FOTO
"Neftçi"nin yeni ev forması - FOTO
Paytaxt klubunda yeni müqavilə
MY yeni mövsüm üçün ikinci forması - FOTO
"Neftçi"nin daha bir forması təqdim olundu - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası