reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" və "Neftçi"nin rəqibləri bilindi -Beynəlxalq turnir


Aprelin 6-dan 9-dək Türkiyənin İzmir şəhərində keçiriləcək “İzmir Cup” beynəlxalq turnirində “Qarabağ” və "Neftçi"nin U-12 komandaları da iştirak edəcək.

Sportfm.az xəbər verir ki, hər iki klubun mətbuat xidməti turnirdəki rəqiblərin adlarını açıqlayıb.

Elşad Xudadatovun baş məşqçisi olduğu "Qarabağ"ın U-12 komandası “Ayaks” (Niderland), “Başakşəhər” (Türkiyə), “Bursaspor” (Türkiyə), “Ayntraxt” (Almaniya), “Portu” (Portuqaliya), “Srvena Zvezda” (Serbiya), “Manisa” (Türkiyə) və “Altınordu” (Türkiyə) klubları ilə birlikdə E qrupunda qərarlaşıb.

 Vaqif Əliyevin çalışdırdığı "Neftçi"nin U-12 komandası isə H qrupunda Türkiyənin “Beşiktaş”, “Giresunspor”, İzmir şəhərinin çempionu, İtaliyanın “Yuventus”, Almaniyanın “Şalke”, Fransanın “Mets”, Belçikanın “Vesterlo” və Rusiyanın “Zenit” klubları ilə mübarizə aparacaq.

 

Oxşar xəbərlər

"Qarabağ" "Ayntraxt"ı məğlub etdi - “İzmir Cup – 2023”
İtaliya “İnter”i qalib, “Neftçi” 11-ci oldu - Beynəlxalq turnir
Avropa Liqası: 1/16 finalın püşkü atıldı
"Qəbələ" üçün ən çox işlədilən söz "kaybetdi" oldu
Dəqiqləşdi: "Neftçi" "Fənərbaxça" ilə qarşılaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər