Daha bir ölkə dünya çempionatından imtina etdi -Səbəb Rusiya deyil
Daha bir federasiya bu il Hindistanın Nyu-Delhi şəhərində qadınlar, Özbəkistanın Daşkənd şəhərində isə kişilər arasında keçiriləcək boks üzrə dünya çempionatında iştirakdan imtina edib.
Spoirtfm.az xəbər verir ki, Almaniya Boks Federasiyası yığma komandalarının adıçəkilən yarışlara qatılmayacağını açıqlayıb.
Səbəb Rusiya və Belarus idmançılarının turnirə buraxılması ilə bağlı deyil. Sadəcə, almanlar 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının təsnifat turnirinə hazırlaşmaq üçün bu addımı atmaq qərarına gəliblər. Həmin turnir iyunda Polşanın Krakov şəhərində baş tutacaq.
Daha əvvəl ABŞ, Niderland, Böyük Britaniya, Çexiya, İrlandiya, İsveç, Kanada, Polşa və Ukrayna dünya çempionatını boykot edib.
Qeyd edək kİ, qadınlar arasında dünya çempionatı martın 15-dən 31-dək, kişilərin mundialı isə mayın 1-dən 14-dək keçiriləcək.
Oxşar xəbərlər
Ukrayna dünya çempionatını boykot etdi
Kanada dünya çempionatlarını boykot etdi - Rusiyaya görə
ABŞ dünya çempionatını boykot edir
Üç Avropa ölkəsi namizəd oldu - Dünya çempionatına
Dünya çempionatının keçiriləcəyi şəhər müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası