reklam
ABŞ dünya çempionatını boykot edir
Sportfm.az xəbər saytı

ABŞ dünya çempionatını boykot edir


ABŞ Boks Federasiyası 2023-cü ildə keçiriləcək həvəskarlar arasında dünya çempionatında kişi və qadın komandalarının iştirak etməyəcəyini açıqlayıb.

Sportfm.az xəbər verir ki, bu qərar Beynəlxalq Boks Assosiasiyasının (IBA) hazırkı siyasəti ilə əlaqədar verilib. Qurumun əsas narazılığı IBA-nın rəhbəri rusiyalı Umar Kremlevin işi, IBA prezidentinə ədalətli seçkilər keçirə bilməmək, sanksiyalara əməl etməmək, boksçulara qarşı neytrallıq siyasətinə əməl etməməkdir. IBA Rusiya boksçularına Mərakeşdə keçirilən turnirdə Rusiya Federasiyasının bayrağı altında çıxış etməyə icazə verib.

ABŞ müharibə səbəbindən cəbhədə və dinc infrastruktura hücumlar nəticəsində həlak olan, həmçinin tam məşq edə bilməyən Ukrayna boksçuları ilə həmrəy olduğunu bildirib.

Qeyd edək ki, bu il qadınlar arasında boks üzrə dünya çempionatı martın 15-dən 31-dək Dehlidə (Hindistan), kişilər arasında isə mundial mayın 1-dən 14-dək Daşkənddə (Özbəkistan) keçiriləcək

Oxşar xəbərlər

Daha bir ölkə dünya çempionatından imtina etdi - Səbəb Rusiya deyil
Ukrayna dünya çempionatını boykot etdi
Ukrayna yığmasına qarşı iyrənc addım - Yarışda iştirakdan imtina etdilər
Dünya çempionatında bir ilk - Boksçulara kəmər veriləcək
Dünya çempionatının yeri açıqlandı - Boks üzrə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər