reklam
Güləş millimizdən rekord
Sportfm.az xəbər saytı

Güləş millimizdən rekord


Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən güləş üzrə U20 Avropa çempionatına yekun vurulub.
Sportfm.az xəbər verir ki, sərbəst güləş üzrə millimiz qitə birinciliyində tarixi uğura imza atıb.

Yığmamız 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb və 170 xal toplayaraq komanda hesabında Rusiyadan (194) sonra ikinci yeri tutub. Ermənistan (118) isə üçüncü pillədə qərarlaşıb.

Millimiz bu nəticəylə 2 rekordu yeniləyib. Belə ki, gənclərdən ibarət komandamız medalların sayına və topladığı xala görə özünün ən yaxşı nəticəsinə imza atıb.

Xatırladaq ki, böyük məşqçi Əşrəf Əliyev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əsgərxan Novruzovun rəhbərliyi altında Hacı Kərimov (70 kq) və Yusif Dursunov (125 kq) qızıl, Camal Abbasovla (61 kq) Nurlan Ağazadə (74 kq) gümüş, Muhəmməd İsmayılov (57 kq), Bəşir Verdiyev (65 kq), Məhəmməd Abbaszadə (86 kq) və Fərhad Süleymanlı (97 kq) isə bürünc medal qazanıb.

Oxşar xəbərlər

Millimiz Avropa üçüncüsüdür - Uğur
Yığmamız 6-cı dəfə Avropa çempionu oldu
Millimiz Avropa ikincisi oldu
Sərbəst güləş milimiz Avropa 3-cüsü oldu - UĞUR
Millimizdən tarixi uğur - Dünya çempionu oldular

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər