reklam
Bir həftəyə 0,750 əmsal  -
Sportfm.az xəbər saytı

Bir həftəyə 0,750 əmsal -UEFA Reytinqi


Azərbaycan bu həftə UEFA reytinqində 0,750 əmsal qazanıb.
Sportfm.az xəbər verir ki, son olaraq “Qarabağ” UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin Bakıda baş tutan ilk oyununda İslandiya təmsilçisi “Vestri”ni 3 cavabsız qolla üstələyib.

“Köhlən atlar”in qələbəsi sayəsində reytinqə 0.250 əmsal əlavə olunub.

Daha əvvəl “Sabah” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Uelsin TNS komandasını (2:0), “Zirə” isə UEFA Konfrans Liqasının eyni raundunda Gürcüstanın “Torpedo” klubunu (3:0) məğlub edib.

Hər iki komanda “Qarabağ” kimi ölkəyə 0,250 əmsal qazandırıb.

Azərbaycan (19,312) hazırda reytinqdə 26-cı pillədə qərarlaşıb. Slovakiya (18,250) 27-ci, İsrail (20,750) 25-ci yerdədir.

UEFA reytinqinə İngiltərə (101,852) başçılıq edir.

Oxşar xəbərlər

"Sabah" qalib gəldi, Azərbaycanın reytinqi artdı
“Qarabağ” UEFA reytinqində irəlilədi
“Qarabağ” ölkə reytinqini artırdı
UEFA reytinqində xal ehtiyatımız artdı
Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər