reklam
Leyla Əliyeva yoqa üzrə ustad dərsində iştirak etdi -
Sportfm.az xəbər saytı

Leyla Əliyeva yoqa üzrə ustad dərsində iştirak etdi -FOTO


IDEA Heyvanlara Qayğı Mərkəzində yoqa üzrə ustad dərsi keçirilib.

Sportfm.az xəbər verir ki, ustad dərsində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva da iştirak edib.

IDEA İctimai Təşkilatı və Klassik Yoqa Məktəbi tərəfindən təşkil olunmuş tədbirdə qonaqlar Xatxa-yoqa dərsində olub, yoqa və düzgün qidalanma haqqında xeyli maraqlı məlumatlar əldə edib, vegeterian mətbəxinin nümunələrindən dadıb, eləcə də mərkəzdə saxlanılan heyvanlarla tanış olublar.

Dərs və söhbətləri beynəlxalq diploma və Yoqa Şiromani tituluna malik Elçin Quliyev keçirib. E.Quliyev 2002-ci ildən yoqa ilə məşğuldur. O, 2009-cu ildə Polşadakı Şivananda Yoqa Mərkəzində təlim keçib.(trend.az)

Oxşar xəbərlər

Cüdoçularımız ustad dərsi keçdi
Bakıda yoqa sessiyası keçirildi - FOTO
Qılıncoynatma üzrə ustad dərsləri keçiriləcək
BMX üzrə dünya çempionatının rəsmi maskotu - FOTO
Leyla Əliyeva federasiya prezidenti oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər