reklam
IJF Akademiyasının ekspertləri Azərbaycanda -
Sportfm.az xəbər saytı

IJF Akademiyasının ekspertləri Azərbaycanda -Təlim


Beynəlxalq Cüdo Federasiyasının (IJF) Akademiyasının ekspertləri təlim üçün Azərbaycana gəlib.

Sportfm.az xəbər verir ki, Mesut Kapan və Kaya Gezekerin iştirakı ilə təlimin praktiki mərhələsi start götürüb.

İki gün davam edəcək praktiki məşğələlər zamanı 100 əsas katanın yerinə yetirilməsi üzrə dərslər keçiriləcək.

Azərbaycanın bütün yaş qrupları üzrə milli komandaların məşqçiləri ilə yanaşı, ölkənin müxtəlif rayon və şəhərlərini təmsil edən müxtəlif klublar, cəmiyyətlər və idman təşkilatlarından 45 mütəxəssis təlimin praktiki mərhələsində iştirak edir.

Qeyd edək ki, təlimin nəzəri hissəsi 7 - 9 mayda baş tutub. IJF-nin qərarına əsasən, 2023-cü ildən qurumun müvafiq sertifikatına malik olmayan mütəxəssislərə IJF və Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq yarışlarda tatami kənarında idmançıları müşayiət etməyə icazə verilməyəcək.

Oxşar xəbərlər

Bakıda cüdo məşqçiləri üçün seminar keçirildi
Cüdoçularımız ustad dərsi keçdi
31 məşqçimiz IJF imtahanından keçdi
Azərbaycan nümayəndəsi ən yüksək hakimlik dərəcəsini qazandı
Azərbaycan jurnalistləri üçün Formula 1 yarışları ilə əlaqədar təlim keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər