reklam
Musa Qurbanlı rekorda imza atdı -
Sportfm.az xəbər saytı

Musa Qurbanlı rekorda imza atdı -Azərbaycan çempionatları


"Qarabağ"ın futbolçusu Musa Qurbanlı Azərbaycan çempionatları tarixində rekorda imza atıb.

Sportfm.az xəbər verir ki, o, buna Misli Premyer Liqasının 22-ci turunda “Sabah”la ev görüşündə (1:1) fərqlənməklə nail olub. Musa 2022/23 mövsümdə ümumilikdə 16-cı qolunu vurub. 

 

Bununla da Musa yerli çempionatda bir mövsümdə ən çox qol vuran 21 yaşadək futbolçu adına yiyələnib.

Qurbanlıya qədər bu rekord 15 qola bərabər idi. 1998/99 mövsümündə “Dinamo”nun hücumçusu Fərrux İsmayılov 15 qola imza atıb. 2005/06 mövsümündə “Şahdağ”ın nigeriyalı legioneri Əhməd Ticani eyni sayda fərqlənib. Bu rekordu əvvəlki turda təkrarlayan Musa “Sabah”la görüşdə mütləq rekord vurub.

Bu qol həm də forvardın “Qarabağ”ın heyətində yubiley qolu olub. O, Ağdam klubunun forması ilə Premyer Liqada 25-ci dəfə fərqlənib. (PFL)

Oxşar xəbərlər

Musa Qurbanlı rekordu yenilədi
Qurbanlı və Şeydayevdən yeni rekord - Misli Premyer Liqası
Musa Qurbanlı üçün əlamətdar oyun
"Qarabağ"ın hücumçuları üçün yubiley qolu
“Qarabağ” 21-ci əsrin rekorduna imza atdı - Azərbaycan Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər