reklam
Musa Qurbanlı rekordu yenilədi
Sportfm.az xəbər saytı

Musa Qurbanlı rekordu yenilədi


“Qarabağ”ın futbolçusu Musa Qurbanlı Misli Premyer Liqasının 27-ci turunun “Sumqayıt”la oyununda 2 qola imza atıb.

Sportfm.az xəbər verir ki, 21 yaşlı hücumçu bununla da cari mövsümdə vurduğu topların sayını 20-yə çatdırıb. Gənc forvard bir rekordu yeniləyib, digərinə şərik çıxıb. Musa Premyer Liqanın PFL-in bayrağı altında keçirilməyə başladığı 2008-ci ildən sonra bir mövsümdə ən çox qol vuran azərbaycanlı futbolçu olub. O, 2020/21 mövsümündə 19 qol vuran Namik Ələskərovun göstəricisini arxada qoyub. Yerli statusa malik futbolçunun ən azı 20 qol vurmasına sonuncu dəfə 2006/07 mövsümündə təsadüf olunub. Həmin vaxt “Xəzər Lənkəran”ın hücumçusu Zaur Ramazanov 20 dəfə fərqlənib.

 

Qurbanlı həm də “Qarabağ”ın tarixində bir mövsümdə ən çox qol vuran azərbaycanlı oyunçu adına şərik çıxıb. O, 2003/04 mövsümündə 20 dəfə fərqlənən Samir Musayevə çatıb. Hücumçunu klub tarixinin mütləq rekordçusu Reynaldodan 2 top ayırır.

 

 

 

Oxşar xəbərlər

Qurbanlı və Şeydayevdən yeni rekord - Misli Premyer Liqası
Musa Qurbanlı Azərbaycan çempionatında yubiley oyununu keçirib
Musa Qurbanlı rekorda imza atdı - Azərbaycan çempionatları
Musa Qurbanlı üçün əlamətdar oyun
“Sabah”da yubiley və rekordlar - Azərbaycan Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər