reklam
Qurbanlı və Şeydayevdən yeni rekord -
Sportfm.az xəbər saytı

Qurbanlı və Şeydayevdən yeni rekord -Misli Premyer Liqası


“Qarabağ” Misli Premyer Liqasının 26-cı turunda “Səbail”i məğlub edib (3:0).

Sportfm.az xəbər verir ki, həmin matç “köhlən atlar”ın hücumçuları – Ramil Şeydayev və Musa Qurbanlı üçün əlamətdar olub. Adıçəkilən futbolçular 2022/23 mövsümündə ümumilikdə 35 qol vurublar.

Qurbanlı “dənizçilər”lə matçda fərqlənib və qollarının sayını 18-ə çatdırıb. Şeydayevin aktivində isə 17 qol var.

Eyni zamanda, onlar 2008-ci ildən Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən Premyer Liqanın yeni rekordunu müəyyənləşdiriblər.

Buna qədər həmin dövrün ən məhsuldar cütlüyü Nikolas Kanales və Flavinyo idi. “Neftçi”nin keçmiş futbolçuları 2012/13 mövsümündə birlikdə 34 qola sevinmişdilər. Həmin vaxt Kanales 26, Flavinyo 8 dəfə fərqlənə bilmişdi.

Oxşar xəbərlər

Musa Qurbanlı rekordu yenilədi
Musa Qurbanlı rekorda imza atdı - Azərbaycan çempionatları
Musa Qurbanlı üçün əlamətdar oyun
Emin Mahmudov ilk het-trikinə imza atdı
“Qarabağ” 100-ə çatdı - Premyer Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər