reklam
Sportfm.az xəbər saytı

"Ruslar və belaruslular da idmançıdır" -Marten Furkad


Dünya idman ictiamiyyəti Rusiya və Belarusdan olan idmançıların Paris Olimpiadasına buraxılmamasını tələb etdiyi məqamda biatlon üzrə 5 qat Olimpiya çempionu Marten Furkad fərqli fikirdədi.

Sportfm.az xəbər verir ki, əfsanəvi fransalı idmançının fikrincə, onların diskvalifikasiyası yanlış addım olardı: “İdmançıları təmsil edən bir şəxs və bir idmançı kimi belə hesab edirəm ki, Rusiya və Belarusdan olan atletlərə beynəlxalq yarışlarda iştiraka icazə verilməlidi. Beynəlxalq Olimpiya Komitəsi məni bu vəzifəyə təyin edib ki, idmançıların marağını qoruyum. Amma görürəm ki, onları qoruya bilmirəm. Ruslar və belaruslular da idmançıdır. Ona görə də onların hüququnu müdafiə etmək lazımdı".

Furkad bəyan edib ki, Fransa da Rusiya və Belarus idmançılarının diskvalifikasiyasını dəstəkləsə, ölkəsi adına xəcalət çəkəcəm: "Bir tərəfdən dünyaya Fransanın gözəl ölkə olduğunu göstərmək istəyirik, bir tərəfdən də Rusiya və Belarusdan olan qonaqlarımızın üzünə qapını bağlayırıq”.

Oxşar xəbərlər

Ruslar və belaruslar gözləməli olacaq - Bəyanat
Rusiya bayrağı və himni Olimpiadada qadağan edilsin - TƏKLİF
Rusiya idmançılarının beynəlxalq yarışlarda iştirakı üçün şərtlər məlum oldu
Rusiya və Belarus idmançılarına qarşı sanksiyalar uzadıldı - QƏRAR
Olimpiadaya SSRİ-nin rəmzləri ilə yollana bilərlər!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər