reklam
Sportfm.az xəbər saytı

"Bu qalibiyyət Azərbaycan uşaq futbolunun zəfəri idi" - MÜSAHİBƏ


Avstriyada 1000 komandanın iştirakı ilə "U10 Champions Trophy" futbol festivalı təşkil olunacaq. 

Sportfm.az saytı xəbər verir ki, 10 yaşlı uşaqların ən böyük futbol turnirinin Türkiyə mərhələsində qalib müəyyən olunub. Finalda yerli "Bəylikgücü" FK-ya 7:0 hesabı ilə qalib gələn Bakının "Vətən" klubu mərhələnin birincisi olub. Çempionluq kuboku "Altınordu" FK-nın prezidenti Seyit Mehmet Özkan tərəfindən kiçikyaşlı futbolçularımıza təqdim edilib. Turnirin ən yaxşı oyunçusu və bombardiri adına klubumuzun üzvü Anar Hüseynov (25 qol) layiq görülüb.  
 
"Altınordu"nun təşkil etdiyi turnirlərin Azərbaycan üzrə nümayəndəsi Çinar Məmməd Sportfm.az saytına komandalarımızın belə yarışlarda iştirakının təqdirəlayiq olduğunu bildirib. Ç.Məmməd gələcəkdə bu festivallarda Azərbaycan klublarının bir çoxunun iştirakını təmin etmək istədiklərini də qeyd edib:
 
"Azərbaycanı bu yarışda iki komanda - "Vətən" və "Leon" klubları təmsil edirdi. Hər şeydən əvvəl, hər iki komandanın rəhbərliyinə öz dərin minnətdarlığımı bildirmək istərdim ki, dəvətimizi qəbul edərək Azərbaycanı layiqincə təmsil etdilər. Komandalar 2 gün ərzində Selçukda olan İsmət Orhunbilgə Təsislərində möhtəşəm mübarizə nümayiş etdirdilər. 1/16 finaldan tutmuş, final mərhələsinə qədər meydanda həyəcan dolu anlar yaşandı. "Leon" FK əzmkarlığı və baxımlı oyunu ilə seçilsə də, turnirin 1/4 finalında məğlub oldu. "Vətən" komandası isə keçirdiyi bütün oyunları yüksək səviyyədə keçirərək, möhtəşəm qələbələriylə Avstriyadakı festivala vəsiqə əldə etdi. Bu qalibiyyət Azərbaycan uşaq futbolunun zəfəri idi". 
Qeyd edək ki, 16-18 iyun tarixləri arasında Avstriyada təşkil olunacaq nəhəng turnirə yollanacaq "Vətən" FK-nın bütün məsrəfləri Türkiyənin "Altınordu" klubu tərəfindən ödəniləcək. 

Oxşar xəbərlər

Samir Əbdürrəhmanov 35! - Bu gün onun ad günüdür
"Baku Cup-2017" turnirinin qalibi "Vətən" oldu
"Kiçik dünya çempionatı"nda iştirak edən məşqçimiz:"Biz onlardan 20-25 il geri qalırıq"
“Çelsi”nin qalib olduğu turnirdə, klubumuzun uğurlu çıxışı
Azərbaycan klubu “Atletiko” ilə bir qrupda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər