"Hatayspor" İstanbulda məşq edəcək -ZƏLZƏLƏ
Türkiyənin zəlzələdən ən çox zərər çəkmiş bölgələrindən biri olan Hatayı təmsil edən "Hatayspor"un ev oyunlarını harada keçirəcəyi ilə bağlı müzakirələr aparılıb.
Sportfm.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası "Hatayspor" klubunun İstanbulun Riva qəsəbəsindəki bazda məşq keçməsini uyğun görüb. Artıq komandanın baş məşqçisi Volkan Demirel və futbolçular İstanbula gediblər.
Yerli federasiya "Yeni Malatyaspor" və zəlzələdən zərər çəkən digər aşağı liqa təmsilçilərinin də ev oyunlarını keçirəcəyi stadionu müəyyənləşdirmək üçün işlər aparır.
Qeyd edək ki, 10, 11, 12 və 13 fevrala nəzərdə tutulan Superliqa oyunları 1,2, 3-cü liqaların matçları 17, 18, 19 və 20 fevralda oynanılacaq. "Hatayspor" Superliqada 23 xalla 14-cü pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Volkan Demirel istefa verdi - Rəhbərlikdən cavab gözləyir
"Hatayspor" Superliqada çıxışını dayandırdı
Volkan Demirel yardım istədi - VİDEO
Türkiyə klubu futbolçu transfer edə bilməyəcək - Qadağa
Volkan Demirel Türkiyə klubunun baş məşqçisi oldu - Detalları açıqlanmadı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası