reklam
Sportfm.az xəbər saytı

"Hatayspor" Superliqada çıxışını dayandırdı


Türkiyənin zəlzələdən ən çox zərər çəkmiş bölgələrindən biri olan Hatayı təmsil edən "Hatayspor" Superliqada çıxışını dayandırıb.

Sportfm.az xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi yerli mətbuata açıqlamasında deyib. O, "Qaziantep"in də çempionatı tərk etmək ehtimalının olduğunu bildirib:

"Hatayspor" bununla bağlı TFF-yə məktub göndərib. "Qaziantep" də çempionatından çıxmaq istəsə, mövsümün qalan hissəsini 17 komanda ilə davam etdirəcəyik".

Qeyd edək ki, "Hatayspor"un baş məşqçisi Türkiyə millisinin və "Fənərbaxça"nın sabiq qapıçısı Volkan Demireldir.

Son məlumatlara əsasən qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində 16 546 nəfər həlak olub, 66 132 nəfər yaralanıb.

Oxşar xəbərlər

Daha 3 klub çempionatdan çəkildi - 2023/2024 mövsümü
Daha bir futbolçu zəlzələdə dünyasını dəyişdi
"Hatayspor" İstanbulda məşq edəcək - ZƏLZƏLƏ
"Hatayspor"un oyunçusu dağıntılar altından çıxarıldı - ZƏLZƏLƏ
Volkan Demirel yardım istədi - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər