reklam
“Gent”in “Qarabağ”la ilk oyununun proqramı açıqlandı -
Sportfm.az xəbər saytı

“Gent”in “Qarabağ”la ilk oyununun proqramı açıqlandı -Konfrans Liqası


Belçika “Gent”inin UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirəcəyi ilk oyunun proqramı məlum olub.

Sportfm.az xəbər verir ki, Gent təmsilçisi oyundan bir gün öncə Bakıya yollanmağı planlayıb.

Komandanı gətirəcək təyyarə fevralın 15-də axşam saatlarında paytaxtda olmalıdır. Baş məşqçi Heyn Vanhazebrukun yetirmələri görüşdən dərhal sonra Belçikaya qayıdacaq.

Tofiq Bəhramov adına Respublika Stadionundakı matçda qonaqları təxminən 40-50 azarkeşin dəstəkləməsi gözlənilir.

Fevralın 16-da keçiriləcək “Qarabağ” – “Gent” matçı saat 21:45-də start götürəcək.

Oxşar xəbərlər

“Qarabağ”dan 32 avroluq təklif - Konfrans Liqası
“Gent” Bakıya yola düşdü - FOTO
"Qarabağ" barədə çox şey bilmirəm" - “Gent”in futbolçusu
Bakı metrosu 01:00-a kimi işləyəcək - Konfrans Liqası
"Qarabağ"ın “Gent”lə oyununun biletləri satışda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər