Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Klub rəsmisinə 5 oyunluq cəza verildi -QƏRAR
“Araz Saatlı”nın rəsmisi “Göygöl”lə matçdan sonra futbolçu və hakimləri təhdid etdiyinə görə 5 oyunluq cəzalandırılıb.
Sportfm.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
2-ci Liqanın 22-ci turunun “Araz Saatlı” – “Göygöl” oyununda hər iki komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klubların hər biri 70 manat cərimə edilib.
“Araz Saatlı”nın təhlükəsizlik üzrə meneceri Xəyal Məmmədov matç bitdikdən sonra rəqib oyunçuları və hakimləri təhqir, həmçinin, təhdid etdiyinə görə 5 oyunluq cəzalandırılıb, klubu isə 1000 manat cərimə olunub. Həmçinin, Saatlı təmsilçisinin futbolçusu Samir Məmmədov əvəzləndikdən sonra hakimləri təhqir etdiyi üçün 4 oyunluq kənarlaşdırılıb, komandası əlavə 1000 manat cərimələnib.
“Göygöl” komandasının nümayəndəsi isə matçöncəsi iclasda iştirak etmədiyi üçün klub 150 manat ziyana düşüb.

Oxşar xəbərlər
AFFA yol pulu olmayan "Quba" komandasını cərimələdi
AFFA klubları cərimələdi - Qərar
İkinci liqa komandasına texniki məğlubiyyət verildi
Klub rəsmisi 4 oyunluq cəzalandı
İntizam Komitəsinin qərarları - Cəza və cərimələr
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası