reklam
Avropa Çempionatının püşkatması keçirildi
Sportfm.az xəbər saytı

Avropa Çempionatının püşkatması keçirildi


Aprelin 15-də Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib.

Sportfm.az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən idmançıların ilk rəqibləri müəyyənləşib.

Qitə yarışında Azərbaycan 11 çəki dərəcəsində 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunacaq. Mötəbər turnirdə 46 ölkədən 400 idmançı iştirak edəcək.

16–19 aprel tarixlərində keçiriləcək Avropa çempionatının təsnifat mərhələsi hər gün saat 10:00-da, final bloku isə 16:00-da start götürəcək. Yarışın görüşləri “JudoTV” və “CBC Sport”dan canlı yayımlanacaq.

Kişilər

-60 kq, 1/8 final
Balabəy Ağayev – Qal Blaziç (Sloveniya) / Andrea Karlino (İtaliya) cütünün qalibi ilə
Əhməd Yusifov – Çarli Eyr (Böyük Britaniya) / Marton Andrasi (Macarıstan) cütünün qalibi ilə

-66 kq, 1/16 final
Turan Bayramov – Nikolas Kuntse (Almaniya)

-73 kq, 1/16 final
Hidayət Heydərov – Konstantinos Tsaparas (Yunanıstan)

-81 kq, 1/16 final
Zelim Tçkayev – Nase Herkoviç (Sloveniya) / Vladislav Kolobov (Ukrayna) cütünün qalibi ilə
Ömər Rəcəbli – Yahya Nurkoviç (Monteneqro) / Abdul-Kerim Tasuyev (Rusiya) cütünün qalibi ilə

-90 kq, 1/16 final
Murad Fətiyev – Aleks Çeret (Rumıniya)

-100 kq, 1/16 final
Zelim Kotsoyev – Nikola Pavlovski (Şimali Makedoniya)

+100 kq, 1/8 final
Kənan Nəsibov – Mateo Akiana Monqo (Fransa) / Erik Abramov (Almaniya) cütünün qalibi ilə

Qadınlar

-48 kq, 1/16 final
Könül Əliyeva – Amber Gersyes (Niderland)
Şəfəq Həmidova – Erza Muminoviç (Kosova)

-52 kq, 1/16 final
Leyla Əliyeva – Nikolina Nişaviç (Serbiya)
Gültac Məmmədəliyeva – Karla Tavares Fernandeş (Lüksemburq)

-70 kq, 1/32 final
Südabə Ağayeva – Maya Goşen (İsrail)

+78 kq, 1/16 final
Madina Kaisinova – Elis Startseva (Rusiya)

Oxşar xəbərlər

Cüdoçularımızın rəqibləri açıqlandı - Böyük Dəbilqə
Cüdoçularımızın Zaqrebdəki rəqibləri məlum oldu - Püşkatma
Cüdoçularımızın rəqibləri bilindi - Dünya çempionatı
Cüdoçularımızın ilk rəqibləri bilindi - Böyük Dəbilqə
Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər