reklam
“Qarabağ”dan xanım azarkeşlərə jest
Sportfm.az xəbər saytı

“Qarabağ”dan xanım azarkeşlərə jest


“Qarabağ” xanım azarkeşləri üçün növbəti dəfə jest edib.

Sportfm.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Premyer Liqasının 28-ci turunda “Sabah”la keçiriləcək qarşılaşmada komandaya dəstək olmaq istəyən xanım azarkeşlər üçün stadiona giriş ödənişsiz olacaq.

Xanımların biletlərini mütləq şəkildə oyun günü kassalardan əldə etmələri vacibdir. Stadiona biletsiz girişin mümkün olmadığı bildirilib.

Qarşılaşma aprelin 18-də, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 19:30-da başlayacaq.

“Qarabağ” Azərbaycan kubokunun yarımfinalının “Sabah”la ilk oyununda da xanımlara və 15 yaşadək uşaqlara biletləri pulsuz etmişdi.

Oxşar xəbərlər

"Qarabağ" - "Sabah" matçının biletləri satışda
"Qarabağ" uşaqları da unutmadı
"Qarabağ" - "Sabah" matçının biletləri satışda
“Qarabağ”dan xanım azarkeşlərə jest
Tovuz klubu azarkeşlərinə jest etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər