reklam
Daha bir cüdoçumuz Böyük Dəbilqəni buraxacaq
Sportfm.az xəbər saytı

Daha bir cüdoçumuz Böyük Dəbilqəni buraxacaq


Azərbaycanın daha bir cüdoçusu Fransanın paytaxtı Parisdə keçiriləcək Böyük Dəbilqə turnirində iştirak etməyəcək.

Sportfm.az xəbər verir ki, 66 kq çəki dərəcəsində yer alan Orxan Səfərov xəstələndiyi üçün yarışa qatılmayacaq.

O, yüksək hərarət və öskürək səbəbindən milli komandanın baş həkiminin təqdimatı, performans direktorun və məşqçilər heyətinin qərarı ilə yığmanın heyətindən çıxarılıb.

Səfərovun müalicəsinə dərhal başlanılıb və onun ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.

Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynovun (60 kq) zədə səbəbindən Böyük Dəbilqəni buraxacağı açıqlanıb. Yarış 4-5 fevralda təşkil olunacaq.

Oxşar xəbərlər

Zədələnən cüdoçumuz 8 həftəlik sıradan çıxdı
Cüdoçumuz Böyük Dəbilqədə iştirak etməyəcək
Rüstəm Orucov Qran Pridə iştirak etməyəcək - Həkimi icazə vermədi
İki aparıcı cüdoçu millinin heyətindən çıxarıldı
İki cüdoçumuz Bakıdakı yarışı buraxacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər