reklam
Zədələnən cüdoçumuz 8 həftəlik sıradan çıxdı
Sportfm.az xəbər saytı

Zədələnən cüdoçumuz 8 həftəlik sıradan çıxdı


Fransanın Monpelye şəhərində keçirilən böyüklər arasında Avropa çempionatının ilk yarış günündə kişilər arasında -60 kq. çəkidə mübarizə aparan cüdoçumuz Turan Bayramov Qamzat Zayrbekov ilə olan ilk görüşündə zədələnib.
Sportfm.az xəbər verir ki, o, zədə almağına baxmayaraq görüşlərinə davam edib.

Yarışdan sonra aparılan müayinələr nəticəsində Turanın zədəsinin ciddi olduğu ortaya çıxıb və o, yaxın 8 həftə ərzində müalicə-bərpa mərhələsini keçəcək.

Turan millinin tibbi heyətinin qərarına əsasən 12 noyabrdan etibarən Yaponiyada keçiriləcək təlim-məşq toplanışında və 2-3 dekabrda keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edəcək heyətdən çıxarılıb.

Turan Bayramovun müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.

Oxşar xəbərlər

Turandan bürünc medal - Qran Pri turniri
Dörd cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə
Böyük Dəbilqədə iştirak edəcək cüdoçularımız - SİYAHI
Daha bir cüdoçumuz Böyük Dəbilqəni buraxacaq
Rüstəm Orucov Qran Pridə iştirak etməyəcək - Həkimi icazə vermədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər