Millimizin oyunlarının təqvimi bilindi -Avropa çempionatı
Avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniyanın ev sahibi olacağı Avropa çempionatında mübarizə aparacaq qadın voleybolçulardan ibarət Azərbaycan millisinin oyunlarının təqvimi təsdiq olunub.
Sportfm.az xəbər verir ki, final mərhələsində yığmamızın yer aldığı C qrupuna Almaniya ev sahibliyi edəcək. Komandamızın rəqibləri isə meydan sahibləri ilə yanaşı, Çexiya, Türkiyə, Yunanıstan və İsveç olacaq.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsində 24 komanda, 4 qrupda mübarizə aparacaq. Qrupda ilk dörd yeri tutacaq komandalar növbəti mərhələyə yüksələcəklər.
Oyunların təqvimi (C qrupu)
(Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib):
18 avqust
23:00 Azərbaycan - Çexiya
19 avqust
23:00 Azərbaycan - Almaniya
20 avqust
23:00 Türkiyə - Azərbaycan
22 avqust
20:00 Azərbaycan - Yunanıstan
23 avqust
20:00 İsveç - Azərbaycan
Oxşar xəbərlər
Milimizin Avro-2023-dəki oyunlarının təqvimi
Yığmalarımızın oyun təqvimi açıqlandı - İslamiada
Azərbaycan yığması Yunanıstana yola düşdü - Toplanış
Millimiz hazırlıqlara başladı - Avropa çempionatı
Yığmamız Portuqaliya və İtaliyaya qarşı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası