Azərbaycan yığması Yunanıstana yola düşdü -Toplanış
Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Mingəçevir toplanışının sonra Bakıdakı məşqləri də başa vurub.
Sportfm.az xəbər verir ki, bu gün Yunanıstana yola düşən yığma hazırlıq planına uyğun olaraq yığma avqustun 16-dək bu ölkədə, ardınca Macarıstanda və Bosniya və Herseqovinada hazırlığa qatılacaq, yoxlama oyunlarında qüvvəsini sınayacaq.
Qeyd edək ki, Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiyanin birgə ev sahibliyi edəcəyi Avropa çempionatının final mərhələsi avqustun 18-də start götürəcək və sentyabrın 4-də yekunlaşacaq. Yarışda 24 komanda 4 qrupda mübarizə aparacaq. A qrupunda yarışacaq Azərbaycan millisinin rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa, Bosniya və Herseqovina yığmaları olacaq. Bu qrupun oyunları paytaxt Belqradda keçiriləcək.
Oyunların təqvimi
20 avqust
17:00. Azərbaycan - Belçika
21 avqust
18:00. Azərbaycan – Bosniya və Herseqovina
22 avqust
17:00. Rusiya – Azərbaycan
24 avqust
20:00. Azərbaycan - Serbiya
25 avqust
17:00. Fransa – Azərbaycan
Oxşar xəbərlər
Millimiz Sloveniyaya yollandı - Avropa çempionatına hazırlıq
Azərbaycan millisinin heyəti açıqlandı - Avropa çempionatı
Yığmamız böyük hesabla uduzdu - Yoxlama oyunu
"Hər kəs bizim qrupumuzu ölüm qrupu adlandırır" - Millimizin hücumçusu
Millimiz hazırlıqlara başladı - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası