Millimiz hazırlıqlara başladı -Avropa çempionatı
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıq məqsədilə Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təlim-məşqlərə start verib.
Sportfm.az xəbər verir ki, 15 oyunçu yığmanın baş məşqçisi Vüqar Əliyevin rəhbərliyi altında toplanışa qatılıb. Eldar Yusubov, Famil Ağayev və Emin Əbilovun köməkçi-məşqçi olduqları komandanın hazırlığı avqustun 11-dək davam edəcək.
Qeyd edək ki, 18 avqust - 4 sentyabrda keçiriləcək Avropa çempionatının final mərhələsində 24 komanda 4 qrupda mübarizə aparacaq. Oyunlara 4 ölkə – Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiya ev sahibliyi edəcək. A qrupunda mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa, Bosniya və Herseqovina yığmaları olacaq.
Oxşar xəbərlər
Millimizin oyunlarının təqvimi bilindi - Avropa çempionatı
"Hər kəs bizim qrupumuzu ölüm qrupu adlandırır" - Millimizin hücumçusu
Azərbaycan yığması Yunanıstana yola düşdü - Toplanış
Voleybolçularımız Avropa çempionatına "Kür" qırağında hazırlaşır - FOTO
Azərbaycan millisi Rumıniyaya yola düşdü - Qızıl Avropa Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası