reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" yeni transferi -RƏSMİ


"Qarabağ" Adama Diakabi ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalayıb. 

Sportfm.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsi ilə açıqlama yayıb.

Onunla müqavilə hazırda komandanın təlim-məşq toplanışında olduğu Türkiyənin Antalya şəhərində imzalanıb. O, Ağdam klubuna azad agent qismində keçib. Adamanın son klubu Fransa "Amyen"i olub. 2022-ci ilin yayında Fransa təmsilçisi ilə müqaviləsi başa çatan futbolçu klubsuz idi. 

Sol vinger olan Diakabi "Amyan"lə yanaşı, bir vaxtlar Fransanın U-21 millisinin də şərəfini qoruyub. 26 yaşlı futbolçu Fransanın "Kan", "Renn", "Monako", eləcə də İngiltərənin "Haddersfild" və "Nottingem Forest" klublarının da formasını geyinib.

Oxşar xəbərlər

“Qarabağ”ın rəqibi futbolçusunu satdı
Zinedin türkiyə klubunda - FOTO
Din İngiltərədə hələ çox qalacaq - Müqavilə
Maqaye Qeye "Qarabağ"a neçəyə başa gəldi?
Fransa yığmasının şərəfini qorumuş futbolçu "Qarabağ"da - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər