Maqaye Qeye "Qarabağ"a neçəyə başa gəldi?
"Qarabağ" ötən həftə Türkiyənin "Osmanlıspor" klubunun hücumçusu Maqaye Qeye ilə müqavilə imzaladı.
Sportfm.az xəbər verir ki, Ağdam klubunun 29 yaşlı forvardın keçidi üçün ödədiyi təzminat bəlli olub. "Qarabağ" Seneqal və Fransa vətəndaşlığını daşıyan futbolçu üçün 290 min avrosundan keçib.
"Transfermarkt" Qeye üçün bu məbləğin ödənildiyini qeyd edib.
"Strasburq"un yetirməsi 2010-cu ildə İngiltərənin "Everton" klubuna 1,4 milyon avroya transfer olub. Geye "Brest", "Milluol", "Adanaspor" və "Osmanlıspor" klublarında da çıxış edib. Maqaye ötən mövsüm "Osmanlıspor"da 25 oyuna 9 qol vurub. Futbolçu Fransanın aşağa yaş qruplarından ibarət yığmalarının və Senqalın U-23 millisinin şərəfini qoruyub.
Oxşar xəbərlər
"Qarabağ"ın sabiq futbolçusu çətin durumda - Psixologiyası pozulub
Qeye Azərbaycan klublarına təklif edildi
"Qarabağ" fransalı hücumçuya 1,4 milyon manat verəcək
“Qarabağ” yeni transferini təqdim etdi - FOTO
Fransa yığmasının şərəfini qorumuş futbolçu "Qarabağ"da - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası