Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Çııxış etdiyi klubun baş məşqçisini təhqir etdi - Azərbaycanda
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportfm.az xəbər verir ki, tədbirdə "İnter"in baş məşqçini təhqir edən gənc futbolçusu ilə bağlı qərar verilib.
Belə ki, 15 mart 2017-ci il, U-19 Liqasında "İnter” – "Neftçi” matçının 15-ci dəqiqəsində "İnter” klubunun 22 №-li futbolçusu Tural Osmanov öz komandasının baş məşqiçisini təhqir etdiyinə görə meydandan kənarlaşdırılıb. AFFA həmin futbolçunu 4 oyunluq cəzalandırıb (maddə 42.3). Bu, liqalarla bağlı ən ağır cəza olub. Qeyd edək ki, "İnter" U-19-nun baş məşqçisi Xaqani Məmmədovdu.
Liqalarla bağlı digər qərarlar aşağıdakılardı:
25 mart 2017-ci il, Bakcell U-17 Liqasında "Səbail” – "Zirə” matçının 65-ci dəqiqəsində "Zirə” klubunun baş məşqçisi Aqil Nəbiyev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).
13 mart 2017-ci il, Bakcell U-17 Liqasında "İnter” – "Səbail” matçında "Səbail” klubunun 99 №-li futbolçusu Xəzər Mahmudov oyunu buraxmalı olduğu halda oyunda iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
16 mart 2017-ci il, U-16 "Vətən” – "Kəpəz” matçının 62-ci dəqiqəsində "Vətən” klubunun 21 №-li futbolçusu Qabil Əlizadə rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).
16 mart 2017-ci il, U-16 Liqasında, "Neftçi” – "Ağsu” matçının 10-cu dəqiqəsində "Neftçi” klubunun 17 №-li futbolçusu Orxan Fərəcov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.1).
16 mart 2017-ci il U-16 Liqasında "İnter” – "Zirə” matçının 63-cü dəqiqəsində "Zirə” klubunun 7 №-li futbolçusu Zahir Xanhüseynli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). Oyunun 74-cü dəqiqəsində "Zirə” klubunun 99 №-li futbolçusu Allahyar İsgəndərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
25 mart 2017-ci il Boulevard Hotel U-15 Liqasında "Mil-Muğan” – "İnter” matçının 53-cü dəqiqəsində "İnter” klubunun 14 №-li futbolçusu Fərid Muxtarov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
25 mart 2017-ci il Boulevard Hotel U-15 Liqasında "Qəbələ” – "Şəmkir” matçında "Şəmkir” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
27 mart 2017-ci il Bakcell U-17 Liqasında "Qarabağ” – "Sumqayıt” matçının 89-cu dəqiqəsində "Sumqayıt” klubunun 8 №-li futbolçusu Etibar Ağalarov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
27 mart 2017-ci il Bakcell U-17 Liqasında "Neftçi” – "Vətən” matçının 85-ci dəqiqəsində "Neftçi” klubunun 43 №-li futbolçusu Elton Əlibəyli rəqib futbolçunu təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).
29 mart 2017-ci il U-19 Liqasında "Zirə” – "Şərurspor” matçında "Şərurspor” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56). Bu hal 3-cü dəfə təkrar olunduğu üçün klub yarışlardan kənarlaşdırılır.
29 mart 2017-ci il U-19 Liqasında AZAL – "Sumqayıt” matçının 33-cü dəqiqəsində "Sumqayıt” klubunun 11 №-li futbolçusu Vüsal Buludlu hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).
1 aprel 2017-ci il Boulevard Hotel U-15 Liqasında "İnter” – "Kəpəz” matçının 69-cu dəqiqəsində "Kəpəz” klubunun 2 №-li futbolçusu Azər Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oxşar xəbərlər
Üç komanda oyuna gəlmədi və məğlub oldu! - Azərbaycanda
“Neftçi” yenə cərimə olundu
AFFA "Mançester Yunayted"in futbolçusunu cəzalandırdı
"Şəmkir"in futbolçusuna ağır cəza!
"Kəpəz" və "Qəbələ" cərimələndi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası